Məzmuna keç
  • Azeri Light122.49 $▲0.00%
  • Brent neft110.44 $▼0.36%
  • WTI neft101.94 $▲0.59%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.029 $▼1.14%
  • Qızıl4 081 $▲0.61%
  • Gümüş54.04 $▼0.13%
  • Pambıq78.34 ¢▲0.38%
  • Buğda599.50 ¢▼1.96%
  • Bitcoin81 227 $▲0.53%
  • Ethereum2 362 $▲0.64%
  • S&P 5007 744▲0.27%
16°Bakı
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
Hadisə

ASGA Azərbaycan-Slavyan ölkələri gənclərinin Lənkəran Forumunu reallaşdıracaq – GİN-nin dəstəyi ilə

image-1727175391_yhyhyy
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi bu il Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Azərbaycan-Slavyan ölkələri gənclərinin Lənkəran Forumu”nu reallaşdıracaq. Bu barədə saytımıza ASGA sədri, internet-media ekspert Səbuhi Abbasov məlumat verib: “Lənkəran cənub zonasında öz fərqli təbiəti, qədim tarixi ilə fərqlənir. Təəssüf ki, dünyada turizmin inkişafı surətlə artsa da Lənkəranla bağlı ətraflı məlumatlar kifayət qədər deyil. Xüsusən də, Slavyan ölkələrində bu kimi təbliğatlara çox böyük zərurət vardır. Bu mənada “Azərbaycan-Slavyan ölkələri gənclərinin Lənkəran Forumu”nun reallaşmasını olduqca vacib hesab edirik. Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) olaraq bu istiqamətdə bir neçə Forum reallaşdırmışıq. Forumlar Bakıda, Moskvada, Kiyevdə, Varşavada, Minskdə, Lefkoşada, Tbilisidə reallaşmışdır. Məhz bu Forumların nəticəsində biz gənclərimizi slavyan ölkələri gəncləri ilə əlaqələndirmiş, güclü təbliğat strategiyası qura bilmişik. Lənkəran şəhərinin “Gənclər paytaxtı” seçilməsi isə bu şəhərin ecazkar təbiətinin, tarixinin slavyan ölkələri gənclərinə aşılanması üçün tarixi fürsət hesab edirik. Layihəmizə verdikləri dəstəkdən dolayı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə təşəkkür edirəm. Layihə çərçivəsində həm yerli, həm də Slavyan ölkələrindən dəvət olunacaq gənclər iştirak edəcəklər.
Məlumat üçün qeyd edək ki, 2023-cü il 19 yanvar tarixində Gənclər və İdman Nazirliyinin Kollegiya iclasında Lənkəran şəhəri isə 2024-cü il üçün “Gənclər paytaxtı” seçilmişdir. Lənkəran —Azərbaycan Respublikasının ən böyük və qədim şəhərlərindən biri, cənub bölgəsinin ən böyük şəhəridir. 28 iyul 1971-ci ildən respublika tabeli şəhərdir.
 
MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=148580