Asiya-Sakit okean liderləri Rusiya-Ukrayna müharibəsinə son qoymağa çağırır

image-635f4d4435134backend

Asiya-Sakit Okean ölkələrinin liderləri Taylandda keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Sammitində Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymağa çağırıb.

Busaat.az xəbər verir ki, bu barədə APEC liderləri bəyanat yayıb.

Bəyanatda Rusiya-Ukrayna müharibəsinin mənfi təsirlərinə işarə edilib.

Açıqlamada bir çox ölkənin Ukraynadakı müharibəni pislədiyi, müharibə və təhlükəsizliklə bağlı məsələlərin qlobal iqtisadiyyat üçün ciddi nəticələrə səbəb ola biləcəyi vurğulanıb.

Müharibənin dərin inflyasiya, ərzaq təhlükəsizliyi və tədarük zəncirində problemlər yaratdığı qeyd edilən bəyannamədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası martın 2-də qəbul etdiyi qərara diqqət çəkilib. Sözügedən qərar Rusiya Federasiyasının bütün hərbi qüvvələri dərhal, tam və qeyd-şərtsiz Ukrayna ərazisindən özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində geri çəkilməsini istəyir.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90