Məzmuna keç
  • Azeri Light126.00 $▲0.00%
  • Brent neft113.43 $▲1.33%
  • WTI neft104.12 $▲1.14%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.898 $▲0.03%
  • Qızıl3 899 $▼2.68%
  • Gümüş49.28 $▼4.20%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.50 ¢▼0.49%
  • Bitcoin77 847 $▲0.55%
  • Ethereum2 265 $▲0.57%
  • S&P 5007 580▼1.83%
20°Bakı
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
Dünya

Atasının ölümünə görə həbs olunmuşdu - 1 milyon ödəməklə sərbəst buraxıldı

image-701245608_1002091432265959_2643463273775100198_n
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ötən gün barəsində həbs qətimkan tədbiri seçilən “Mango” moda şəbəkəsinin vəfat etmiş qurucusu İsak Andikin oğlu Conatan Andik sərbəst buraxılıb.

Busaat.az xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, o, dindirildikdən sonra 1 milyon avro girov məbləği müqabilində sərbəst buraxılıb.

C.Andikə İspaniyanı tərk etmək qadağan olunub, pasportunu təhvil verməsi və mütəmadi olaraq məhkəmədə qeydiyyatdan keçməsi tələb edilib.

Qeyd olunub ki, onun ailəsi və vəkili Andikin günahsız olduğunu bildiriblər.

Hazırda məhkəmə sözügedən cinayət işini mümkün qətl kimi araşdırır. Materiallarda Conatan Andikin ifadələrində ziddiyyətlər, ekspertiza nəticələri və yıxılma şəraiti ilə bağlı suallar qeyd olunur.

“Mango” şirkəti isə hadisənin cinayət işi hissəsi ilə bağlı açıqlama verməyib.

Xatırladaq ki, İspaniyanın ən varlı adamlarından olan İsak Andik 2024-cü ilin dekabrında Barselonanın Kolbato şəhərindəki Salnitre mağaralarında oğlu Conatanla gəzərkən uçurumdan yıxılıb.

Ötən ilin oktyabr ayında biznesmenin oğlu atasının ölümü ilə bağlı şübhəli şəxs qismində cəlb edilmişdi.

Türkəsilli iş adamı İsak Andik 1984-cü ildə qardaşı Nahmanın köməyi ilə Barselonada “Mango”nu qurub. O, 40 il “Mango”nun direktoru olub. “Mango”nun dünya üzrə təxminən 2900 satış məntəqəsi var.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=184006