Avqustda Çinin valyuta ehtiyatları 44,2 milyard dollar azalıb
Çin Xalq Bankı avqustda milli valyuta ehtiyatlarının həcmini iyul ayı ilə müqayisədə 44,2 milyard dollar azaldıb.
Busaat.az xəbər verir ki,bu barədə ölkənin maliyyə naziri bildirib.
Nazirinaçıqlamasına görə, Çinin ehtiyatları son bir ayda 1,38 faiz bəndi azalaraq 3,1601 trilyon dollar təşkil edir.
Eyni zamanda, Çin Baş Gömrük İdarəsi daha əvvəl bildirmişdi ki, yanvar-avqust aylarında Çinin digər ölkələr və regionlarla ticarətinin həcmi illik müqayisədə 6,5% azalaraq 3,89 trilyon dollar təşkil edib. Çin ixracının həcmi 5,6% azalaraq 2,22 trilyon dollara, Çinə beynəlxalq idxal isə 7,6% azalaraq 1,67 trilyon dollar olub..
2022-ci ilin sonunda Çinin xarici ticarət dövriyyəsi 5,9 trilyon dollara çatıb.





