Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq

image-csm_20190311_ep-086075a_evs_124backend

Heç bir ölkədən iqtisadi asılılığı olmayan, öz təbii ehtiyatları hesabına dayanıqlı iqtisadiyyatını təmin etmiş Azərbaycan artıq dünya ölkələrinin əksəriyyətinin enerji təminatında mühüm rol oynayır. Zəngin karbohidrogen və enerji potensialına malik Azərbaycan artıq dünya dövlətlərinin diqqətini cəlb etməkdədir. Sirr deyil ki, Azərbaycanın zəngin enerji resursları öz iqtisadiyyatının potensialını gücləndirməklə yanaşı, həm də dünya ölkələri ilə siyasi, iqtisadi, humanitar və hərbi sahədə əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynayır. Məlum olduğu kimi müstəqillik əldə etdikdən sonra tikilib istifadəyə verilmiş neft və qaz kəmərləri Azərbaycan nefti və qazını dünya bazarlarına çıxarmaq üçün müstəsna əhəmiyyət kəsb edir. Bu isə o deməkdir ki, artıq Azərbaycan müstəqil dövlət olaraq öz enerji problemlərini uğurla həll edir. Bunun nəticəsidir ki, ölkəmiz qlobal miqyasda qaz ixrac edən ölkəyə çevrilib. Beləliklə Azərbaycanın beynəlxalq əməkdaşlıq müstəvisində həm nəqliyyat, həm də enerji sektorundakı təşəbbüslərinin artması daha da böyük uğurlar vəd edir.

Azərbaycanın artan iqtisadi qüdrəti ölkəmizə olan marağı artırmaqla yanaşı, beynəlxalq və regional əməkdaşlıq sahəsində istəkləri də reallaşdırır. Etiraf edilməlidir ki, ölkəmizin artan iqtisadi qüdrəti dünya dövlətləri ilə təhlükəsizlik və hərbi sahədə əməkdaşlığa da təsirsiz ötüşməyib. Məlum olduğu kimi hazırda Azərbaycan dünyanın bir çox ölkələri ilə təhlükəsizlik və hərbi sahədə əməkdaşlıq edir. Slovakiya ilə müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlıq da bu sahədə aparılan uzaqgörən siyasətin tərkib hissəsidir. Təsadüfi deyil ki, Baş nazir Robert Fitsonun ölkəmizə səfəri çərçivəsində Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlığa dair mühüm sazişlər imzalanıb. İmzalanan sənədlərlə Azərbaycan və Slovakiyanın müdafiə sektorunda mümkün əməkdaşlıq istiqamətləri müəyyən edilib.

“Azərbaycanın enerji siyasəti ölkəmiz, xalqımız və region üçün böyük faydalara yol açır. Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və Slovakiya 9-cu ölkə olacaq. Yeri gəlmişkən xatırladaq ki, ötən il aprelin 25-də Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın qaz nəqli operatorları ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın inkişafına dair anlaşma memorandumu imzalanıb. “Həmrəylik halqası” adlanan bu təşəbbüs Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş qaz ötürücü sistemləri şəbəkəsi vasitəsilə Avropaya əlavə qaz tədarükü üçün əməkdaşlıq sahələrini müəyyən edir.

 

Emin Hüseynov,

Nəsimi rayon sakini

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90