Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Azeri Light121.95 $▲1.88%
  • Brent neft111.66 $▼1.69%
  • WTI neft103.44 $▲3.45%
  • Avropa qazı (TTF)93.30 €▲3.32%
  • Təbii qaz (ABŞ)3.047 $▲11.37%
  • Qızıl4 010 $▼0.50%
  • Gümüş53.96 $▲0.00%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 541 $▼0.93%
  • Ethereum2 369 $▼1.22%
  • S&P 5007 624▼0.52%
16°Bakı
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
Dünya

Avropa İttifaqı Türkiyəyə sanksiya tətbiq edib

image-avropa

Avropa İttifaqı (Aİ) Şərqi Aralıq dənizində karbohidrogen kəşfiyyatı fəaliyyətləri ilə əlaqədar Türkiyəyə tətbiq etdiyi məhdudlaşdırıcı tədbirləri 1 il müddətinə uzadıb.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Avropa Şurası yayıb.

Məlumatda, Türkiyənin Şərqi Aralıq dənizində axtarış fəaliyyətinə icazə verilmədiyi iddiası ilə 2020-ci ilin fevral ayında iki Türkiyə vətəndaşı üçün qəbul edilən sanksiya qərarının 12 noyabr 2023-cü ilə qədər uzadıldığı bildirilib.

Qeyd edək ki, Türkiyə Neft Şirkətinin (TPAO) iki əməkdaşına qarşı Aİ tərəfindən qəbul edilən məhdudlaşdırıcı tədbirlər həmin şəxslərə səyahət qadağası, aktivlərin dondurulması və maliyyələşdirmə qadağasını nəzərdə tutur.

2020-ci ilin fevral ayında TPAO İdarə Heyətinin üzvü və baş direktor müavini Mehmet Ferruh Akalın və TPAO Kəşfiyyat Departamentinin direktor müavini Ali Coşqun Namoğluna “Şərqi Aralıq dənizində karbohidrogen kəşfiyyatı fəaliyyətlərinin planlaşdırılması, idarə edilməsi və həyata keçirilməsində” cavabdeh olduqları üçün sanksiya tədbirlərinin tətbiq edilməsi qərara alınıb.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul