Avropa Komissiyası Estoniyanın Rusiya aktivlərini müsadirə etmək niyyətini dəstəklədi
Avropa Komissiyası (AK) Estoniyanın digər Aİ ölkələrini gözləmədən Rusiyanın maliyyə aktivlərinin müsadirəsinə davam etmək niyyətini dəstəkləyir.
Busaat.az xəbər verir ki, bunu AK sözçüsü Kristian Viqand cümə axşamı Brüsseldə keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Avropa Komissiyası hələlik Estoniya hakimiyyətinin bu məqsədlə hansı hüquqi yolu seçəcəyini bilmir. Bununla belə, komissiyanın fikrincə, bu hərəkətlər 2022-ci il dekabrın 2-də Aİ-də Rusiyaya qarşı sanksiyalardan yayınmağa görə cinayət məsuliyyətinin tətbiq edilməsini təklif edən Avropa Komissiyasının səylərinin istiqamətinə uyğundur. Beləcə, bu kimi addımlar Rusiyaya qarşı sanksiyaların müsadirə prosesini sürətləndirməyə imkan verəcək.
Estoniya Xarici İşlər Nazirliyinin sözçüsü Mihkel Tamm daha əvvəl bildirib ki, müsadirə ilə bağlı qanunvericilik bazası yanvarın sonuna kimi hazır olacaq.
Qeyd edək ki, ölkə hökuməti dekabrın sonunda nazirliklərə aktivlərin müsadirə planını hazırlamağı tapşırmışdı.
Bloomberg-in hesablamalarına görə, Estoniyada rusların dondurulmuş vəsaitlərində təxminən 20 milyon avro var.





