“Avropa ABŞ-ın hazırkı administrasiyası və ABŞ prezidenti Donald Trampın Ukraynada sülh yolu ilə nizamlanmasına mane olur”.
Busaat.az xəbər verir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putin jurnalistlərə bildirib.
“Avropa ölkələri özlərini bu prosesdən sülh yolu ilə həll etməkdən uzaqlaşdırdılar. Bu gün baş verənlərin nəticələrini bəyənmədiklərini görərək, həm ABŞ-ın hazırkı administrasiyasına, həm də prezident Trampın danışıqlar yolu ilə Ukraynada sülhə nail olmaq səylərinə mane olmağa başladılar. Onlar özləri sülh danışıqlarından imtina ediblər və prezident Trampın səylərinə mane olurlar”, – deyə Putin bildirib.
Yeganə








