Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
15°Bakı
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
Siyasət

 Avropa və dünya üçün əhəmiyyətli əməkdaşlıq

 Avropa və dünya üçün əhəmiyyətli əməkdaşlıq
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Hazırda enerji resurslarına bütövlükdə dünyada və Avropada böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan da bu məsələdə bir cəbhədən hərəkət edərək, bir nöqtəyə vuraraq öz milli maraqlarını təmin edəcəklər. Prezident İlham Əliyevin 24 oktyabr tarixində Gürcüstana işgüzar səfəri olmuşdur. Tarixən Gürcüstan və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri çox dərin ənənələr üzərində qurulmuşdur. Prezidentin bəyanatında da vurğuladığı kimi, strateji tərəfdaşlıq əlaqələri müttəfiqlik səviyyəsinə qalxıbdır. Beynəlxalq təşkilatlar çərçivəsində hər iki ölkə bir-birini dəstəkləyir. İkitərəfli gündəliyə nəzər salsaq ticarət dövriyyəsinin artmasınıda müşahidə edə bilərik. Bu ildə ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşmışdır. Azərbaycan Gürcüstana 3 milyarddan çox sərmayə qoymuşdurki, bu da hər iki tərəfin maraqlarını təmin etmişdir. Həyata keçirilən layihələr iki dövlətin əməkdaşlığını daha da gücləndirir. Bu il iki ölkə arasında yükdaşıma həcimi 75 faiz artmışdır. Dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyət yollarına ehtiyac vardır. Ona görə də nəqliyyat sıx koordinasiya aparılmalıdır və qonşularla yaxşı münasibətlər olmalıdır. Gürcüstan və Azərbaycan arasında olan dostluq, qardaşlıq, tərəfdaşlıq münasibətləri bu imkanları yaradır.   Azərbaycan Dövlət Pedaqoji Universiteti Gülzar Cavadzadə
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=41069