“Avroviziya” qalibi canlı efirdə narkotik çəkib? – Video

image-italiyanazrbackend

31 ildən sonra İtaliyaya birincilik gətirən “Maneskin” qrupunun solisti David Damianonun “Avroviziya”nın finalında narkotik çəkdiyi iddia edilib. 

Busaat.az xəbər verir ki, solist bir neçə gündür yayılan görüntüləri ilə Avropa gündəmini zəbt edən mövzu barədə açıqlama verib.

“Mən bu maddələrə tamamilə qarşıyam. Həyatımda heç vaxt istifadə etməmişəm, həmçinin bütün Avropanın izlədiyi canlı yayımda buna qətiliklə cəhd edə bilmərəm. Mən axmağam, amma o qədər deyil”,- deyə bildirib.

Avropa Yayım Birliyi (EBU) də məsələyə aydınlıq gətirib: “Dünən gecə “Green Room”da italyan qaliblərlə bağlı fərziyyələrdən xəbərdarıq. Qrup narkotik istifadəsi iddialarını qətiyyətlə rədd etdi və sözügedən müğənni evə gəldikdən sonra könüllü olaraq narkotik testindən keçəcək. Bunu dünən axşam onlar istədi, ancaq EBU tərəfindən dərhal təşkil edilə bilmədi. Nümayəndə heyətinin rəhbəri bizə narkotik maddə olmadığını, masalarındakı stəkanın qırıldığını və müğənni tərəfindən təmizləndiyini bildirdi.

EBU-nun məkandakı nümayəndələri araşdırma aparıb. Qırılan şüşələrin mövcudluğunu təsdiqləyə bilərik. Hələ çəkilişə diqqətlə baxırıq və araşdırmanın yekun rəyini sizinlə bölüşəcəyik”.

Qeyd edək ki, qrup üzvləri şənbə günü “Zitti e buoni” (Kəs səsini və ağıllı ol) adlı mahnı ilə İtaliyaya üçüncü qalibiyyəti gətirib.

“Maneskin” müsabiqədə 2006-cı ildən sonra qələbə qazanan ilk qrup olub. Həmin il də qələbəni rok qrupu Lordi “Hard Rock Hallelujah” adlı mahnı ilə Finlandiya üçün qazanmışdı.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90