Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft97.46 $▼0.87%
  • WTI neft90.35 $▼0.53%
  • Avropa qazı (TTF)85.59 €▼0.95%
  • Təbii qaz (ABŞ)3.014 $▲0.53%
  • Qızıl4 074 $▼0.02%
  • Gümüş51.87 $▼0.15%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 000 $▼0.99%
  • Ethereum2 137 $▼4.47%
  • S&P 5007 377▲0.27%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Kriminal

Avtoxuliqanlıq edən şəxslər saxlanılıb

image-avtoxuliqanliq
Avtoxuliqanlıq
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Astarada avtoxuliqanlıq edən şəxslər həbs edilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Busaat.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sutkanın qaranlıq vaxtında şəhər ərazisində özü və digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan, idarə etdikləri “VAZ” markalı avtomobillərlə sürət yarışı etməklə yol hərəkəti qaydalarını kobud şəkildə və dəfələrlə pozan sürücülər saxlanılıb.

Saxlanıldıqdan sonra onların Astara rayon sakinləri Vüqar Rüstəmov və Amin Heydərov olduqları müəyyən edilib.

Avtoxuliqanlıq hərəkətləri edən həmin şəxslərdən birinin nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı, digərinin isə avtomobili etibarnamə olmadan idarə etdiyi məlum olub.

Barələrində inzibati qaydada protokollar tərtib olunaraq hüquqi qiymət verilməsi üçün Astara Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs 15 gün müddətində inzibati qaydada həbs edilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=120332