Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
7°Bakı
  • USD1.7000
  • EUR1.8607▲0.0059
  • 100 RUB2.0719▼0.0026
  • GBP2.2252▲0.0086
  • TRY0.0335▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0004
  • GEL0.6568▲0.0013
  • 100 KZT0.3699▼0.0032
  • UAH0.0375▼0.0001
  • 100 JPY1.0665▼0.0029
  • CHF2.0325▲0.0119
  • USD1.7000
  • EUR1.8607▲0.0059
  • 100 RUB2.0719▼0.0026
  • GBP2.2252▲0.0086
  • TRY0.0335▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0004
  • GEL0.6568▲0.0013
  • 100 KZT0.3699▼0.0032
  • UAH0.0375▼0.0001
  • 100 JPY1.0665▼0.0029
  • CHF2.0325▲0.0119
  • USD1.7000
  • EUR1.8607▲0.0059
  • 100 RUB2.0719▼0.0026
  • GBP2.2252▲0.0086
  • TRY0.0335▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0004
  • GEL0.6568▲0.0013
  • 100 KZT0.3699▼0.0032
  • UAH0.0375▼0.0001
  • 100 JPY1.0665▼0.0029
  • CHF2.0325▲0.0119
  • USD1.7000
  • EUR1.8607▲0.0059
  • 100 RUB2.0719▼0.0026
  • GBP2.2252▲0.0086
  • TRY0.0335▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0004
  • GEL0.6568▲0.0013
  • 100 KZT0.3699▼0.0032
  • UAH0.0375▼0.0001
  • 100 JPY1.0665▼0.0029
  • CHF2.0325▲0.0119
Son dəqiqə

Aylardır itkin düşən Rasimin ailəsi şübhələndiyi şəxsin adını açıqladı

Aylardır itkin düşən Rasimin ailəsi şübhələndiyi şəxsin adını açıqladı
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Baş prokuror Kamran Əliyev növbəti dəfə 8 ay əvvəl itkin düşən 11 yaşlı Rasim Xankişiyevin nənəsini qəbul edib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu gün itkin azyaşlının nənəsi Zemfira Xankişiyeva hüquq müdafiəçisi Samir Zeynalovla birgə baş prokurorla görüşüb. Kamran Əliyev artıq dördüncü dəfədir Rasimin yaxınlarını qəbul edib, istintaqın gedişi ilə bağlı məlumat verib. Budəfəki görüş Xətai Rayon Prokurorluğunda baş tutub. K.Əliyev Z.Xankişiyevanı əmin edib ki, nəvəsinin işi ilə bağlı bütün zəruri işlər yerinə yetirilir. İstintaqın gedişi ilə bağlı ona mütəmadi məlumat verilir. Hazırda Rasimin Qarabağ kanalında batması ehtimalı ilə bağlı axtarış davam edir. Fövqəladə Hallar Nazirliyinin və SOCAR əməkdaşları tərəfindən kanalın axtarılmayan qollarına baxış keçirilir. Sabah isə Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov Rasimin bütün ailə üzvlərini qəbul edəcək. Ailənin nümayəndəsi Samir Zeynalov deyib ki, Rasimin itkin düşməsi ilə bağlı onların şübhələndiyi bir nəfər var. Ailə iki dəfə fərqli ifadə verən həmin şəxsin də dindirilməsini baş prokurordan xahiş edib. Qeyd edək ki, hadisə ilə bağlı əvvəl İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Sonradan baş prokuror Kamran Əliyevin tapşırığı ilə cinayət işinin icraatı rayon prokurorluğundan alınaraq Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=69510