Məzmuna keç
25 Oktyabr 2026, Bazar
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 295 $▼0.96%
  • Ethereum2 335 $▼2.06%
  • S&P 5007 624▼0.52%
16°Bakı
  • USD1.7003
  • EUR1.9059
  • 100 RUB2.0981
  • GBP2.2753
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2544
  • GEL0.6547
  • 100 KZT0.3774
  • UAH0.0376
  • 100 JPY1.0829
  • CHF2.0663
  • USD1.7003
  • EUR1.9059
  • 100 RUB2.0981
  • GBP2.2753
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2544
  • GEL0.6547
  • 100 KZT0.3774
  • UAH0.0376
  • 100 JPY1.0829
  • CHF2.0663
Gündəm

AZAL: "Texniki səbəblərə görə təxirə salınan İstanbul-Bakı aviareysi bu gün günorta yerinə yetiriləcək"

image-azal
“Azərbaycan Hava Yolları” QSC

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) sentyabrın 1-də J2-078 İstanbul-Bakı marşrutu üzrə planlaşdırılan reysin bu gün günorta saatlarında yerinə yetirilməsi gözlənilir.

Busaat.az AZAL-a istinadən xəbər verir ki, bu reysin icrası texniki səbəbdən – təyyarənin göyərtəsindəki kompüter sistemində yaranmış nasazlıq səbəbindən təxirə salınıb.

Bildirilib ki, texniki xidmət işçilərinin problemi dərhal həll etməyə çalışmalarına baxmayaraq, bu proses əlavə vaxt tələb edib.

Qeyd edək ki, bu reyslərin sərnişinləri hoteldə yerləşdirilib və aviaşirkətin qaydalarına uyğun olaraq içki və qidalanma daxil olmaqla zəruri vasitələrlə təmin olunublar.

AZAL yaranmış narahatlığa görə üzr istəyir və gecikməni minimuma endirmək üçün tədbirlər görür.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul