Azərbaycan çempionatında 12-ci tur başa çatdı

image-67backend

Azərbaycan Basketbol Liqasında XII tur başa çatıb.

Busaat.az xəbər verir ki, “NTD-İndiqo” “Gəncə”nin qonağı olub.

Qarşılaşma Xaçmaz klubunun qələbəsi ilə yekunlaşıb – 94:80. Xallarının sayını 22-yə çatdıran “NTD-İndiqo” liderlər qrupundakı “Sabah” və “Xəzri”yə çatıb. Meydan sahibləri isə 14 xalla 9-cu sıradadır.

Sonuncu matçda isə “Neftçi” “Şəki”nin qonağı olub. Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 72:65.

Xallarının sayını 20-yə çatdıran “Neftçi” 4-cü pillədə qərarlaşıb. Meydan sahibləri 12 xalla 10-cu yerdədir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki