Azərbaycan davamlı inkişaf edən ölkədir

image-ilham__2_backend

Azərbaycan dünyada dinamik inkişaf edən ölkədir. Prezidentimiz İlham Əliyevin dediyi kimi: “Bugünkü dövr əgər bizim bütün tariximizə nəzərə alsaq, ən sürətli inkişaf dövrüdür”. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsəd yönlü siyasət sayəsində Azərbaycan hazırda özünün nadir inkişaf dövrünü yaşayır və iqtisadi potensialını ilbəil artırır. Təbii ki, bu məşəqqədli yol Azərbaycanın müstəqillik illərindən təkan aldı. Müstəqilliyimizin ilk illərinin ölkəmiz, xalqımız üçün ağır keçdiyini, ancaq Ulu öndər Heydər Əliyevin siyasi qayıdışdan sonra ölkədə vəziyyətin sabitləşdiyini, Azərbaycanda siyasi və iqtisadi islahatların aparılmağa başlandığını, 1990-cı illərin ortalarından bu günə qədər 30 il ərzində Azərbaycanın sürətli inkişaf dövrünü yaşadığını, müstəqilliyimizin möhkəmləndiyini, danmaq mümkünsüzdür. Hətta Azərbaycanın ən güclü dövrünün yaşadığınına sübut olaraq 2020-ci ildə “dəmir yumruq” əməliyyatının uğurla başa çatdırıb, mümkünsüzü bacardığımızı bütüb dünyaya nümayiş etdirdik. Halbuki, 28 il mövcud olan Minsk qrupu ( ABŞ, Fransa və Rusiya) bu işin öhdəsindən gələ bilmədi. Bu da Azərbaycanın özünə məxsus strategiyasının olduğunun göstəricisidir. Ümumilikdə reallıqla üzləşmək lazım gəlirsə, Azərbaycan dövləti 70 il Sovet Rusiyasının tərkibində olmasa idi, hal-hazırda dünya üzrə tanınan Dubayı keçmiş olardıq.Amma bu danılmazdır ki, indi ki zaman belə həmin dövlətlə müqayisəmiz mümkündur. İstər iqtisadi baximdan, istərsə də siyasi baxımdan. Ölkəmizin əldə etdiyi uğurlardan danışarkən vurğulamaq yerinə düşər ki, güclü sosial-iqtisadi inkişaf dinamikasına malik olması hazırda Azərbaycanı dünya miqyasında fərqləndirən ən mühüm amillərdən biri qismində çıxış edir.Yəni, Prezident İlham Əliyevin vurğuladığı kimi: “Son illər ərzində Azərbaycan kimi sürətlə inkişaf edən ikinci ölkə olmamışdır”. Bu inkişafın əsası Azərbaycan dövlətinin mühüm coğrafi mövqedə yerləşməsi, 9 iqlimin və ən əsası yer altı qara qızılın mövcudluğundan irəli gəlir. Təbii ki, bu sərvətlərin olması böyük üstünlükləri mövcuddur, amma əsas bu gücün idarə olunmasıdır. Bunu da Azərbaycan dövlətinin Prezidenti cənab İlham Əliyev uğurla yerinə yetirir. Həm gücün idarəsi, həm də siyasi uğurlar bu dinamik inkişafın qorunmasına xidmət edir. Biz əminik ki, Prezident İlham Əliyev uzaqgörənliyi, savadı və müdrikliyi ilə Azərbaycan dövlətinin gücünü daha da artıracaq və yeni uğurlara imza atacaq.Yəni Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirəcək!

Murad Bayramov,
Nəsimi rayon könüllüsü

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki