Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.92 $▲0.76%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.242 $▼2.70%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.50 ¢▲0.38%
  • Bitcoin67 103 $▼1.64%
  • Ethereum1 899 $▼1.45%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Bu dərmanlar vətəndaşlara pulsuz veriləcək

image-1734421338_67612879c49d867612879c49d9173442060167612879c49d667612879c49d7png-1734422797
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Gələn ilin ikinci yarısından ambulator müalicə üçün dərman vasitələrilə təmin edilmə icbari tibbi sığorta paketinə əlavə ediləcək”.

Busaat.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2024-cü ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, ambulator müalicə üçün dərman vasitələrinin təminatına 2025-ci ilin 6 ayı üzrə 40 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.

Zaur Əliyev, həmçinin gələn il icbari tibbi sığorta zərfində nəzərdə tutulan dəyişikliklər barədə də məlumat verib. Onun sözlərinə görə, beyin və boyun anevrizmalarının endovaskulyar üsulla aradan qaldırılması, Endovaskulyar lazer ablasiya (EVLA) intraabdominal venoz şuntlama və arteriovenoz fistulaların ləğvi, baş beyin biopsiyası və kəllə sümüklərinin metal lövhələrin yerləşdirilməsi, sidik ifrazat sistemi ventrikulyar şuntların qoyulması və dəyişdirilməsi, gözün arxa kamerasından implantasiya materiallarının çıxarılması gələn ildən icbari tibbi sığortanın xidmətlər zərfinə əlavə ediləcək.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=156140