Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft96.08 $▲0.47%
  • WTI neft88.92 $▲0.76%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.242 $▼2.70%
  • Qızıl3 888 $▼0.75%
  • Gümüş48.65 $▼3.17%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.50 ¢▲0.38%
  • Bitcoin66 728 $▼2.19%
  • Ethereum1 891 $▼1.91%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Professor Məryəm Seyidbəyli medalla təltif olundu

image-5c4a0e91-11f0-4de2-a8fe-ecc3b875efa8
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Tarix üzrə elmlər doktoru, professor Məryəm Həsən qızı Seyidbəyli nüfuzlu dövlət təltifinə layiq görülüb.

Busaat.az xəbər verir ki, görkəmli alim “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilib.

Məryəm xanım Seyidbəyli uzun illər diaspor sahəsində mühüm elmi araşdırmalar aparmış, Azərbaycan elminin ölkəmizdə və dünyada populyarlaşdırılmasında müstəsna xidmətlər göstərmişdir. Məryəm Seyidbəyli xüsusilə Azərbaycanın elmi diasporu və Azərbaycan elminin tarixinin öyrənilməsi sahələri üzrə mühüm tədqiqatları ilə tanınmaqdadır.

Tarixçi alim müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq elm tarixi üzrə fundamental araşdırmalara böyük ölçüdə müəlliflik etmişdir. Məryəm Seyidbəyli eyni zamanda Azərbaycan tarixşünaslığının və mənbəşünaslığının nəzəriyyə və metodologiyası ilə bağlı bir sıra əsərlər, elmi məqalələr çap etmiş, dövrü mətbuatda, nüfuzlu beynəlxalq konfrans və tədbirlərdə dəfələrlə Azərbaycanı layiqincə təmsil etmişdir.

Qeyd edək ki, “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=156259