Cənubi Koreya “Jeju Air” aviaşirkətinin Bankonq-Muan reysinin yerinə yetirən “Boeing 737” sərnişin təyyarəsinin Muan şəhərində qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.
Xilasedicilər 179 nəfərin öldüyünü açıqlayıb. Qəzadan cəmi 2 nəfər sağ çıxıb. 85 nəfərin cəsədi aşkarlanıb. İtkin düşənlər isə ölmüş hesab olunur. Bildirilib ki, təyyarənin yanmış qalıqları arasında kiminsə sağ çıxması real hesab olunmur. Hazırda cəsədlərin müəyyən edilməsi işləri aparılır.
***
08:15
Cənubi Koreyanın Muan şəhərində sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.
Hadisə nəticəsində 85 nəfər həlak olub.
“Jeju Air” şirkətinin Bankonq-Muan reysini yetirən hava gəmisi eniş etdikdən sonra uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb.
Təyyarənin göyərtəsində 175 sərnişin (2-si tailandlı, 173-ü koreyalı) və 6 heyət üzvü olub.
***
07:25
Cənubi Koreyanın Muan şəhərində sərnişin təyyarəsinin eniş edərkən qəzaya uğraması nəticəsində ölənlərin sayı 47-ə çatıb.
Cənubi Koreya mediası xəbər verir ki, “Jeju Air” şirkətinin Bankonq-Muan reysini yetirən yetirən təyyarə yerli vaxtla saat 9:00 radələrində eniş etdikdən sonra uçuş zolağından çıxaraq hasara çırpılıb.
Təyyarənin göyərtəsində 173 koreyalı, 2 tailand vətəndaşı olub.
**
06:10
Cənubi Koreyanın Muan şəhərində sərnişin təyyarəsinin eniş edərkən qəzaya uğraması nəticəsində azı 28 nəfər ölüb.
“Jeju Air” şirkətinin Bankonq-Muan reysini yetirən yetirən təyyarə yerli vaxtla saat 9:00 radələrində eniş etdikdən sonra uçuş zolağından çıxaraq hasara çırpılıb. Nəticədə yanğın əmələ gəlib. Təyyarənin göyərtəsində 175 sərnişin və 6 heyət üzvü olub. İlkin ehtimala görə qəzaya səbəb şassi problemi olub.
Hadisə yerinə gələn xilasediclər 2 nəfəri sağ çıxarıblar. Hazırda axtarış-xilasetmə işləri davam edir.