Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.92 $▲0.76%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.242 $▼2.70%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.50 ¢▲0.38%
  • Bitcoin67 103 $▼1.64%
  • Ethereum1 899 $▼1.45%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

DİM Dövlət Xidmətində işə qəbulla bağlı test imtahanı keçirəcək

image-dimi-1-1-jpg-1734424269
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Dövlət İmtahan Mərkəzi tərəfindən 18 dekabr 2024-cü il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqi hərbi xidmətə və mülki işə qəbul ilə bağlı müsabiqənin test imtahanı keçiriləcək.

Bu barədə Busaat.az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda (Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək. İmtahana qeydiyyat 2024-cü il noyabrın 27-dən dekabrın 9-dək aparılıb və bu müddət ərzində 74 namizəd qeydiyyatdan keçib.

İmtahan saat 15:00-da başlanır. Saat 14:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. İmtahanın davametmə müddəti 3 saatdır.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Buraxılış vərəqəsində imtahan yeri, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib.

Namizədlər imtahana gələrkən aşağıdakı sənədləri gətirməlidirlər:

şəxsiyyəti təsdiq edən sənədin əsli;

“İmtahana buraxılış vərəqəsi”.

İmtahanda namizədlərə qanunvericilik üzrə 40, Azərbaycan dili üzrə 10, informatika üzrə 20, Azərbaycan Respublikasının tarixi və coğrafiyası üzrə 15, məntiqi təfəkkürün müəyyən edilməsi üzrə 15 olmaqla, ümumilikdə 100 qapalı tipli test tapşırığı təqdim olunacaq. Hər doğru cavablandırılmış test tapşırığı 1 balla qiymətləndirilir. Səhv cavablar doğru cavabların nəticəsinə təsir göstərmir. İmtahanda toplanıla bilən maksimal bal 100-ə bərabərdir. Test imtahanında müvəffəqiyyət qazanmaq üçün həqiqi hərbi xidmətə qəbul olunmaq istəyənlər ən azı 60, mülki işə qəbul olmaq istəyənlər isə ən azı 50 bal toplamalıdırlar.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=156153