Məzmuna keç
  • Azeri Light125.00 $▲2.05%
  • Brent neft110.95 $▲0.67%
  • WTI neft101.88 $▲0.45%
  • Avropa qazı (TTF)96.99 €▼1.88%
  • Təbii qaz (ABŞ)3.040 $▲0.40%
  • Qızıl4 028 $▼0.57%
  • Gümüş52.56 $▼1.35%
  • Pambıq78.01 ¢▼0.32%
  • Buğda599.50 ¢▲0.00%
  • Bitcoin79 989 $▼1.55%
  • Ethereum2 316 $▼1.74%
  • S&P 5007 744▲0.27%
15°Bakı
  • USD1.7000
  • EUR1.8945▲0.0038
  • 100 RUB2.1118
  • GBP2.2645▲0.0044
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2552▲0.0003
  • GEL0.6554▲0.0003
  • 100 KZT0.3733▲0.0010
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0772▲0.0003
  • CHF2.0518▲0.0035
  • USD1.7000
  • EUR1.8945▲0.0038
  • 100 RUB2.1118
  • GBP2.2645▲0.0044
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2552▲0.0003
  • GEL0.6554▲0.0003
  • 100 KZT0.3733▲0.0010
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0772▲0.0003
  • CHF2.0518▲0.0035
Gündəm

Azərbaycan futbol ailəsi İlham Əliyevə müraciət etdi

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan futbol ailəsi ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət edib.

Busaat.az  AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, müraciətdə torpaqlarımızın azad edilməsi xəbərinin sonsuz sevinc və fərəh hissi ilə qarşılandığı vurğulanıb.

Bildirilib ki, Qarabağ xalqımızın mədəniyyət beşiyi, Azərbaycanın baş tacıdır. Bu sevinci xalqımıza, dünya azərbaycanlılarına bəxş etdiyi üçün dövlət başçısı və Azərbaycan Ordusuna futbol ailəsi adından sonsuz minnətdarlıq ifadə olunub.

Müraciətdə daha sonra deyilir: “Sizin siyasi arenada, əsgərlərimizin, zabitlərimizin, bütün hərbi qulluqçularımızın isə cəbhədə inanılmaz fədakarlığı nəticəsində ərazi bütövlüyümüz təmin olundu. Sizin uzaqgörən siyasətiniz dünya azərbaycanlılarını bir daha həmrəy etdi və bu həmrəylik qələbə ilə nəticələndi. Belə bir günlərdə bir millət olaraq hər birimizin Sizin ətrafınızda hər zaman birləşməyimiz gələcək qələbələrimizin qarantıdır. Bundan sonra Azərbaycan xalqı üçün qələbə şüarına çevrilmiş “Qarabağ Azərbaycandır!” ifadəsinin həyata keçirilməsinin xoşbəxtliyini yaşayacağıq. Biz birlikdə güclüyük!”

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=24152