Azərbaycan iqtisadiyyatının gələcəkdəki aqibəti: “Qonşularla normal münasibət qurmaqla…”

image-ekonomikazerbaycanbackend

“30 ildən sonra Cənubi Qafqaz əhalisinin 12 milyondan çoxu Azərbaycanda yaşayacaq”.

Busaat.az xəbər verir ki, bunu gələcəkdə Azərbaycanın iqtisadiyyatının daha yaxşı inkişafına təkan verəcək məqamları dəyərləndirən iqtisadçı Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, ölkəmiz Cənubi Qafqaz iqtisadiyyatının 75-80%-i təşkil etmək istəyirsə, indidən iqtisadi idarəetmənin düzgün formalaşdırılması zəruridir:

“Proqnozlara görə 30 ildən sonra Azərbaycanın əhalisi 12,1 milyon, Gürcüstanın əhalisi 2,9 milyon, Ermənistanın əhalisi isə 2,8 milyon nəfər olacaq. Ermənistanda ikili vətəndaşlıq olduğunu nəzərə alsaq, real olaraq ölkədə həmin dövrdə 2 milyon nəfərdən daha az əhali qalacaq. Digər proqnozlara görə, 2050-ci ildə Ermənistan əhalisinin 80%-i İrəvanda yaşayacaq, Azərbaycanla sərhəd rayonlarda əhali daha kəskin azalacaq. Cəmi 30 ildən sonra 18 milyona yaxın Cənubi Qafqaz əhalisinin 12 milyondan çoxu Azərbaycanda yaşayacaq, Cənubi Qafqaz iqtisadiyyatının 75-80%-i bizim ölkə təşkil edə bilər.

Hazırda normal sistem qurub yaşamağa başlasaq, iqtisadiyyatımızı inkişaf etdirsək, ölkədə qüvvətlər ayrımını təcəssüm etdirən idarəetmə modeli qursaq və işğaldan azad edilmiş torpaqlara yaxın 10 ildə 1,5 milyon vətəndaşımızı köçürüb orada iqtisadi fürsətlər, keyfiyyətli yaşam qura bilsək, yaxın 30 ildə məmləkətimiz bölgəmizin şəksiz lideri olacaq. O zaman Zəngəzura, Göyçəyə ev tikməyə, iş qurmağa, biznes yaratmağa gedəcəyik. Bunu sülhlə, qonşularla normal münasibət qurmaqla, iqtisadi, elmi güclə etməliyik. Bizim “yumşaq güc” olmaq şansımız var, bunun üçün peşəkər ordu, de-facto və de-jure ittifaqlar qurmaqla yanaşı, normal, insana xidmət edən işlək sistem də qurmalıyıq”.

Gülşən

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90