Azərbaycan may ayında ITF-də sədrliyi öz üzərinə götürəcək

image-120627f4-5d2c-3ab9-b0fa-be8f8793c386_850-1-jpg-1747303299-1backend

May ayının üçüncü ongünlüyündə Azərbaycan ilk dəfə olaraq 2025-2026-cı illərdə Beynəlxalq Nəqliyyat Forumuna (ITF) sədrlik edəcək.

Busaat.az ITF-ə istinadən xəbər verir ki, ölkənin prezidentliyinə namizədliyi hələ 2022-ci ildə təşkilata müraciət əsasında qeydə alınıb.

Müəyyən edilmiş prosedura uyğun olaraq Azərbaycan 2023-2024-cü illərdə forumun vitse-prezidenti vəzifəsini tutub, hazırda isə 2024-2025-ci illər üçün birinci vitse-prezident vəzifəsini icra edir.

Hazırda forumun sədri Çilidir.

Beynəlxalq Nəqliyyat Forumu 69 üzv ölkəni birləşdirir. Azərbaycan 1998-ci ildən onun tam hüquqlu iştirakçısıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki