Azərbaycan NATO PA-nın yaz sessiyasında təhlükəsizlik çağırışlarını müzakirə edir

image-48ad812b-5939-3a0b-b2c6-755cb08e3c44_850backend

ABŞ-nin Deyton şəhərində NATO Parlament Assambleyasının (PA) növbəti yaz sessiyası keçirilir.

Busaat.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyinin “X” səhifəsində yazılıb.

Sessiyada Alyansa üzv olan 32 ölkənin, eləcə də tərəfdaş dövlətlərin nümayəndə heyətləri iştirak edir. Azərbaycanı Milli Məclisinin nümayəndə heyəti və Azərbaycanın NATO yanında Nümayəndəliyi təmsil edir.

Tədbir çərçivəsində Deyton Sülh Razılaşmasının 30 illiyi ilə əlaqədar, eləcə də NATO-nun üzləşdiyi təhlükəsizlik çağırışları, Alyansın müdafiəsinin gücləndirilməsi, müdafiə xərclərinin artırılması, NATO-nun çəkindirmə siyasəti, qlobal terrorçuluqla mübarizə, Qara dəniz regionunda təhlükələr, Hind-Sakit okeanı regionu ilə tərəfdaşlıq perspektivləri, Ukraynadakı müharibə və digər mövzular ətrafında müzakirələr aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki