“Azərbaycan qalan torpaqları da təqvimlə əldə edəcək” – Çavuşoğlu

“Azərbaycan qalan torpaqları da təqvimlə əldə edəcək” – Çavuşoğlubackend

“Bu gün hər bir Türkiyə vətəndaşı “Can, Azərbaycan!” deyir. Çünki biz Azərbaycanı canımız, qanımız olaraq görürük. Hər zaman Azərbaycanın yanında olduğumuzu söyləmişik. Həm də bunu təkcə sözdə deyil, Azərbaycanın da bizə dəstək verdiyi kimi hər platformada göstərmişik”.

Busaat.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib:

“Qəhrəman Azərbaycan Ordusu böyük mücadilə ilə işğal edilmiş torpaqlarını geri aldı. Arada atəşkəs oldu, Azərbaycan diplomatiya yolu ilə də geri almağa hazır olduğunu göstərdi. Lakin işğalçı Ermənistan hər dəfə mülki əhalini atəşə tutaraq atəşkəsi pozdu. Buna görə də Azərbaycan xalqına minnətdarlıq edirəm. Ermənistanın hədəfi xalqı həmin ərazilərdən uzaqlaşdırmaq idi. Baxmayaraq ki, üzərinə raketlər atıldı, xalq Prezident İlham Əliyevin yanında, qəhrəman Ordusunun yanında durdu”.

M. Çavuşoğlu bildirib ki, Ermənistan atəşkəsi pozmanın nəticəsini ağır ödədi:

“Azərbaycan bir zəfər əldə etdi və edir. Qalan torpaqları da təqvimə uyğun olaraq əldə edəcək. Önümüzdəki dövrdə də qardaş Azərbaycanın yanında olacağıq. Biz qəhrəman Azərbaycan Ordusuyla fəxr edirik. Türkün güvəni yenidən özünə qayıtdı”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90