Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 817 $▲0.08%
  • Ethereum2 234 $▼0.11%
  • S&P 5007 377▲0.27%
12°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Gündəm

Azərbaycan QHT-ləri USAID-lə əlaqədar ABŞ Prezidentinə müraciət ünvanlayıblar

image-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Azərbaycanın Qeyri Hökumət Təşkilatları (QHT) ABŞ Prezidenti Donald Trampa, eləcə də ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE-nin) rəhbəri İlon Maska USAID-lə əlaqədar müraciət ünvanlayıblar.

Busaat.az-ın məlumatına görə, müraciət mətnini Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli səsləndirib.

Müraciətin mətnində deyilir:

“Azərbaycan QHT-lərinin flaqmanı olan Azərbaycan Milli QHT Forumu olaraq USAID-in qlobal məkanda cinayətkar əməllərinin təftişində və ifşasında nümayiş etdirdiyiniz qətiyyətə, güclü iradəyə görə sizlərə dərin təşəkkürümüzü ifadə edirik.

Təəssüflər olsun ki, ötən uzun illər ərzində ABŞ vergi ödəyicilərinin pulları USAID-in korrupsiya yeminə çevrilib, Bayden-Blinken Administrasiyasının qara şəbəkəsinin formalaşdırılması üçün istifadə olunub. Azərbaycan-ABŞ münasibətlərinin itirilmiş illərinə çevrilən Bayden-Blinken dövründə Azərbaycan cəmiyyətində USAID-in ölkədən qovulması, fəaliyyətinin dayandırılması ilə əlaqədar çağırışlar, ictimai qəzəb də artan xətt üzrə güclənib. USAID qrantları Azərbaycanda da ənənəvi, milli-mənəvi dəyərlərə təhqir mahiyyəti daşımaqla, ABŞ-ın bölgədəki imicinə və strateji maraqlarına zərbə vurub.

İctimailəşdirilən faktlar göstərir ki, 1991-ci ildən USAID Azərbaycanda müxtəlif adlar altında layihələrə 410 milyon ABŞ dollarından artıq vəsait xərcləyib. Yeni faktlar hazırda aktiv olan 17 milyon dollarlıq ABŞ-nin müxtəlif qrant layihələrində Azərbaycanın da adının keçdiyini göstərir.

Ümid edirik ki, siz USAID-in Azərbaycandakı cinayətlərinə də nəzər salacaq, ayrılmış qrantların təftişinin aparılmasına göstəriş verəcəksiniz.

600-dən çox üzv QHT-yə malik təşkilat kimi Azərbaycan ictimaiyyətinin belə bir araşdırmanın nəticələrini, qrant dəllal və dələduzlarının de-şifrəsini səbirsizliklə gözlədiyini ifadə edirik”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=159091