Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
13°Bakı
  • USD1.7000
  • EUR1.8548
  • 100 RUB2.0745
  • GBP2.2166
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2552
  • GEL0.6555
  • 100 KZT0.3731
  • UAH0.0376
  • 100 JPY1.0694
  • CHF2.0206
  • USD1.7000
  • EUR1.8548
  • 100 RUB2.0745
  • GBP2.2166
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2552
  • GEL0.6555
  • 100 KZT0.3731
  • UAH0.0376
  • 100 JPY1.0694
  • CHF2.0206
  • USD1.7000
  • EUR1.8548
  • 100 RUB2.0745
  • GBP2.2166
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2552
  • GEL0.6555
  • 100 KZT0.3731
  • UAH0.0376
  • 100 JPY1.0694
  • CHF2.0206
  • USD1.7000
  • EUR1.8548
  • 100 RUB2.0745
  • GBP2.2166
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2552
  • GEL0.6555
  • 100 KZT0.3731
  • UAH0.0376
  • 100 JPY1.0694
  • CHF2.0206
Gündəm

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində yeni rəhbərlik — SİYAHI

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində yeni rəhbərlik — SİYAHI
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin növbəti yığıncağı keçirilib. Busaat.az xəbər verir ki, AQC sədri Vüqar Oruc görülən işlər, cəmiyyətin fəaliyyəti, “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanunun qəbulu, Azərbaycan Qiymətləndiricilər Palatasının formalaşmasına və Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin (TDQB) may ayında Bakıda keçiriləcək “Zirvə Görüşü”nə hazırlıq, milli qiymətləndirmə standartları və digər məsələlər ətrafında məruzə ilə çıxış edib. AQC İdarə Heyətinin üzvləri cəmiyyətin fəaliyyət istiqamətləri barədə təkliflərini diqqətə çatdırıblar. Cəmiyyətin sədri Vüqar Oruc “AQC ali orqanlarının fəaliyyətini tənzimləyən Əsasnamə” layihəsini təqdim edib və layihə İdarə Heyətinin üzvləri tərəfindən yekdilliklə qəbul edilib. Eyni zamanda, sədr Vüqar Orucun AQC rəhbərliyinin yeni tərkibi ilə bağlı sərəncamı da yekdilliklə təsdiq olunub. Ramil Osmanlı AQC sədrinin birinci müavini, Fərid Rüstəmov sədrin beynəlxalq əlaqələr, Elnur Əsədov təşkilati məsələlər üzrə müavini, Azər Niftiyev isə sədrin müavini və AQC İcra Aparatının rəhbəri vəzifələrinə təyin edilib. Pərviz Qulami, Zamin Hüseynov, Nüsrət İbrahimov, İbrahim Quliyev və Nahid Həsənov AQC sədrinin müşavirləri, Rəşad Əliyev isə AQC Ekspertiza Mərkəzinin rəhbəri vəzifələrinə təyinat alıblar. AQC sədrinin müvafiq sərəncamları ilə Elçin Mahmudov təşkilati məsələlər, Nail Həşimov Təlim, tədris və sertifikatlaşdırma, Şükür Hüseynov hüquq məsələləri, Səidə Şabanova ictimaiyyətlə əlaqələr departamentlərinin rəhbərləri, İlham Bağırov AQC İcra Aparatı rəhbərinin birinci müavini, Rüfət Əliyev isə müavini təyin olunublar. Yığıncaqda AQC-nin gələcək fəaliyyət istiqamətləri barədə müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib. image-957f9bd6-d6d5-30e6-a737-6b73fb90a2f2
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=63784