“Azərbaycan Respublikasının vətəndaşı heç bir halda xarici dövlətə verilə bilməz”

image-rovshenbackend

Sosial şəbəkələrdə və bəzi hüquqşünaslar General-leytenant Rövşən Əkbərovun Ukraynaya ekstradisiya oluna biləcəyini və orada məhkumluq həyatı yaşayacağını qeyd edirlər.

Maraqlıdır, Generalın xarici bir ölkəyə ekstradisiyası mümkündürmü?

Mövzunu Busaat.az-a dəyərləndirən hüquqşünas Şamil Paşayev bunun kökündən yanlış olduğunu bildirib: “Azərbaycan Respublikasının vətəndaşı heç bir halda xarici dövlətə verilə bilməz. Ona görə də cinayət işi Ukraynadan tələb edilərək Azərbaycan Prokurorluq orqanlarında istintaq edilir”.

“Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Konstitusiyamıza görə də Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz”-Paşayev vurğulayıb.

image-samil-p

Əlavə edib ki, Azərbaycan Respublikasının vətəndaşları xaricdə törətdikləri cinayətə görə, (əməl hər iki dövlət ərazisində  cinayət sayılsa) şəxs xarici dövlətdə məhkum olunmayıblarsa, bu bizim qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb edilir: “Ekstrdisiya edilməyə isə burada vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə şamil edilir”.

Busaat.az

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90