Azərbaycan və İsveç milliləri tarixdə beşinci dəfə qarşılaşacaqlar

image-azerbaijan_sweden_11162023jpg-1725523527backend

UEFA Millətlər Liqasının I turunda Bakı İsveç seçməsi ilə qarşılaşacaq Azərbaycan yığması bu komanda ilə beşinci dəfə üz-üzə gələcək.

Yığma əvvəlki dörd oyunun yalnız birində qələbə qazanıb.

Digər üç görüşdə skandinaviyalılar qalib gəliblər.

Tərəflər arasındakı ilk matç 2000-ci il sentyabrın 2-də Bakıda gerçəkləşib. Dünya çempionatının seçmə mərhələsinə təsadüf edən qarşılaşma qonaqların minimalhesablı qələbəsi ilə yekunlaşıb – 1:0. 2001-ci il oktyabrın 2-də eyni turnirin Stokholmda baş tutan oyununda meydan sahibləri 3 cavabsız qolla üç xal əldə ediblər.

Digər iki duel isə AVRO-2024-ün seçmə mərhələsinə təsadüf edib. Martın 27-də səfərdə 5 cavabsız qolla uduzan Azərbaycan millisi noyabrın 16-da Bakıda qələbəyə sevinib – 3:0.

Qeyd edək ki, Azərbaycan – İsveç matçı bu gün, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki