Azərbaycan XİN Almaniya və Belçikaya başsağlığı verdi

image-xin1backend

Azərbaycan Xarici İşlər Nazirliyi Avropada baş vermiş daşqınlara görə təbii fəlakətdən əziyyət çəkən ölkələrə başsağlığı verib.

Busaat.az xəbər verir ki, nazirlik bu haqda öz tvitter hesabında məlumat yayıb.

“Qərbi Avropada ekstremal hava şəraitinin dağıdıcı nəticələri narahatlıq doğurur. Almaniya və Belçikada daşqınların qurbanları olmuş şəxslərə görə başsağlığımızı diləyirik.

Yağıntıların dağıdıcı təsirlərinin aradan qaldırılmasında Almaniya və Belçikanın yanındayıq”, – deyə məlumatda qeyd olunub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90