
Azərbaycana qar yağdı

Quba və Qusar rayonlarına ilk qar yağıb.
Busaat.az-ın məlumatına görə, axşam saatlarından başlayaraq Azərbaycanın Şimal bölgəsində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.
Belə ki, Quba və Qusar rayonlarının əksər dağlıq kənd və məntəqələrinə dünən axşamdan yağmağa başlayan qar bu gün səhər saatlarında kəsib.























