Azərbaycanda 2 polis zabiti koronavirusdan öldü

Azərbaycanda 2 polis zabiti koronavirusdan öldübackend

Azərbaycanda 2 polis əməkdaşı koronavirusdan ölüb.

Bakı şəhərində xəstəxanada müalicə olunan həmin şəxslərdən biri iyulun 1-də, digəri isə iyulun 4-də dünyasını dəyişib.

Həmin şəxslər polis polkovnik-leytenantı və polis mayoru rütbəsində olublar.

Məlumata görə, polis polkovnik-leytenantının ölümündən bir gün əvvəl anası da vəfat edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90