
Azərbaycanda 26 nəfər koronavirusdan sağaldı

Azərbaycanda indiyədək 359 nəfər koronavirus infeksiyasına yoluxub.
Busaat.az xəbər verir ki, onlardan 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib.
Hazırda 328 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 7 nəfərin vəziyyəti ağır, 17 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.























