Məzmuna keç
  • Brent neft113.43 $▲1.33%
  • WTI neft104.12 $▲1.14%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.898 $▲0.03%
  • Qızıl3 899 $▼2.68%
  • Gümüş49.28 $▼4.20%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.50 ¢▼0.49%
  • Bitcoin77 799 $▲0.48%
  • Ethereum2 263 $▲0.46%
  • S&P 5007 580▼1.83%
20°Bakı
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
Cəmiyyət

Azərbaycanda aqrar sektor 3% böyüyüb

image-aqrar
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bu ilin yanvar-may aylarında Azərbaycanda 3 milyard 352 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 % çoxdur.

Son bir ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 7,4 % artaraq 783 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 1,7 % artaraq 2 milyard 569 milyon təşkil edib.

Ölkədə kənd təsərrüfatı məhsullarının yığımına başlanılıb. İyunun 1-nə kimi tarlalardan 89 min ton taxıl (1 il əvvələ nisbətən 8,5 % çox), 160,2 min ton kartof (6,9 % az), 429,4 min ton tərəvəz (11,5 % çox), 33,6 min ton meyvə və giləmeyvə (14,2 % çox), 453,5 ton yaşıl çay yarpağı (8,6 % az) yığılıb.

5 ay ərzində diri çəkidə 230,8 min ton ət, 915,1 min ton süd, 983,5 milyon ədəd yumurta, 11,4 min ton yun istehsal olunub. Ötən ilin yanvar-may ayları ilə müqayisədə ət istehsalı 1,7 %, süd istehsalı 0,6 %, yumurta istehsalı 7,1 % artıb, yun istehsalı isə 2,6 % azalıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=140473