Azərbaycanda bələdiyyə sədrinə elektron qolbaq taxıldı

image-img_6623backend

Göygöl Rayon Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında təqsirləndirilən Zamiq Babayevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Busaat.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Rəşad Mustafayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 2 il 3 ay müddətinə azadlığın məhdudlаşdırılmаsı (elektron qolbaq) cəzası təyin edilib.

İttihama görə, Zamiq Babayev 23 dekabr 2019-cu il tarixdən 06 iyun 2024-cü il tarixədək olan müddət ərzində Göygöl rayonu Mollacəlilli kənd bələdiyyəsinin üzvü və sədri olub. Aparılmış araşdırma zamanı Ədliyyə Nazirliyindən daxil olmuş sənədlərlə müəyyən edilib ki, Göygöl rayonu Mollacəlilli bələdiyyəsinin inzibati ərazisinə aid olan ərazidə yerli özünüidaretmə fəaliyyəti təşkil olunmayıb, bələdiyyə sədri təqsirləndirilən şəxs vəzifə öhdəliklərini yerinə yetirməyib, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, xidməti səlahiyyətlərinin hüdudlarından kənara çıxaraq kollegial orqan olan Mollacəlilli bələdiyyəsinin adından qərarlar tərtib edib O, həmçinin bələdiyyə mülkiyyətindən torpaq sahələrinin ayrılmasına təkbaşına qərarlar qəbul edib. Nəticədə onun qanunsuz əməlləri yerli özünüidarəetmənin ictimai mənafeyinə və nüfuzuna ziyan vurub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki