Məzmuna keç
  • Azeri Light126.16 $▲3.17%
  • Brent neft108.80 $▼1.08%
  • WTI neft99.89 $▼0.88%
  • Avropa qazı (TTF)100.09 €▼3.71%
  • Təbii qaz (ABŞ)2.935 $▲0.96%
  • Qızıl3 906 $▼0.10%
  • Gümüş50.25 $▲0.32%
  • Pambıq78.60 ¢▲0.52%
  • Buğda606.25 ¢▲0.58%
  • Bitcoin77 871 $▼0.45%
  • Ethereum2 283 $▲0.49%
  • S&P 5007 580▼1.83%
20°Bakı
  • USD1.7000
  • EUR1.9000▼0.0019
  • 100 RUB2.1118▲0.0195
  • GBP2.2769▲0.0009
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2557▲0.0004
  • GEL0.6561▲0.0010
  • 100 KZT0.3743▼0.0010
  • UAH0.0375
  • 100 JPY1.0771▼0.0029
  • CHF2.0635▼0.0040
  • USD1.7000
  • EUR1.9000▼0.0019
  • 100 RUB2.1118▲0.0195
  • GBP2.2769▲0.0009
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2557▲0.0004
  • GEL0.6561▲0.0010
  • 100 KZT0.3743▼0.0010
  • UAH0.0375
  • 100 JPY1.0771▼0.0029
  • CHF2.0635▼0.0040
Media

Azərbaycanda bu kanal 16 min manat cərimələndi

image-fb105fed01f977ff23677afa078e75bf
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Peyk yayımı həyata keçirməyən platforma yayımçısı olan “Səhiyyə TV” MMC-nin “Səhiyyə TV” kanalının proqramlarının Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən aparılan monitorinqi zamanı “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun 4.3-cü maddəsinin tələbinin (İstehsalı (satışı) lisenziyalaşdırılan, sertifikatlaşdırılan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda, reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir) pozulması faktları aşkarlanıb.

Bu barədə  Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, iyunun 7-də saat 20.00-da və 8 iyunda saat 08.00-da kanalın efirində yayımlanmış tibb müəssisələrinin reklam çarxlarında həmin tibb müəssisələrinin lisenziyasının və ya sertifikatının nömrələri, verilmə tarixləri və onları verən orqanın adı göstərilməyib.

Bununla bağlı, Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən 8 iyunda inzibati xətalar haqqında 2 protokol tərtib edilib və İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinin tələbləri nəzərə alınaraq müvafiq məhkəməyə göndərilib. 27 iyunda Nəsimi Rayon Məhkəməsində işlərə baxılıb və məhkəmənin müvafiq qərarları ilə “Səhiyyə TV” MMC hər bir inzibati xəta üzrə 8000 manat olmaqla ümumi 16 000 manat məbləğində cərimə edilib.

Avqustun 16-da Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarlarını qüvvədə saxlayıb və həmin qərarlar qanuni qüvvəyə minib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=146175