Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft92.41 $▲1.07%
  • WTI neft86.57 $▲1.05%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.302 $▲2.77%
  • Qızıl4 054 $▼1.73%
  • Gümüş52.33 $▼1.73%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda593.25 ¢▲0.76%
  • Bitcoin73 649 $▼0.07%
  • Ethereum2 060 $▲0.45%
  • S&P 5007 521▼0.37%
5°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Gündəm

Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə daxilolmalar 2 dəfə artıb

image-budce
Büdcə
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 69 milyon manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,1 dəfə çoxdur.

Busaat.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə 1 il əvvələ nisbətən 22,5 % az – 31 özəlləşdirmə hərracı keçirilib. Hərraclarda 8 səhmdar cəmiyyətinin səhm paketi (38,5 % az), 11 kiçik dövlət müəssisəsi (10 % çox), 2 yarımçıq tikili sahəsi (eyni) və 303 nəqliyyat vasitəsi (8,3 % az) özəlləşdirilib.

7 ayda hərraca çıxarılmış dövlət əmlakı üzrə 167 elektron sifariş (25,1 % az) qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 35 onlayn qoşulma (43,55 %) reallaşıb, hərrac vasitəsilə 28 faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=118938