Azərbaycanda ilk dəfə virtual “Son zəng” keçiriləcək

Azərbaycanda ilk dəfə virtual “Son zəng” keçiriləcəkbackend

Azərbaycanda ilk dəfə məzunlar üçün virtual “Son zəng” keçiriləcək.

Busaat.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.

Məzun günündə bütün bölgələrin məzunları ilə birlikdə Dövlət himni oxunacaq.

Eyni zamanda son 3 ayda Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən teledərslərdə iştirak edən müəllimlər “Azərbaycanım” mahnısını ifa edəcəklər.

Virtual “Son zəng” verilişi iyunun 12-si saat 12:30-da “Mədəniyyət” və “ARB Günəş” telekanallarından canlı yayımlanacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90