Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 645 $▲0.14%
  • Ethereum2 231 $▲0.34%
  • S&P 5007 377▲0.27%
13°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Cəmiyyət

Azərbaycanda lombarda borcu olanlarla bağlı VACİB AÇIQLAMA

image-6
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
“Aparılan monitorinqlər göstərir ki, bir sıra hallarda lombardlar tərəfindən vətəndaşların aldadılması, bəzi hallarda yüksək faizlərin təklif olunması qeydə alınıb”.

Busaat.az xəbər verir ki, bunu Milli Məclisin VI çağırış deputatı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, bir sıra hallarda lombarda öz qızılını təqdim edib kredit götürən vətəndaş sonradan kredit öhdəliyini yerinə yetirsə də, belə həmin qızı əldə etməkdə çətinlik çəkir:

“Bununla bağlı xeyli faktlar var. Doğrudur, son illər bu istiqamətdə vəziyyətin xeyli dərəcədə yaxşılaşması müşahidə olunub. Bu da nəzarətin gücləndirilməsi ilə əlaqədardır. Eyni zamanda faizlər də kifayət qədər yüksəkdir və bəzi hallarda lombardların illik faizləri 60 faizə qədər yüksəlir. Bu da kifayət qədər yüksək faizdir.

Bu baxımdan biz bütövlükdə həm qanunvericilikdə, həm də icrada lombardlara nəzarətin gücləndirilməsini təklif edirik. Təbii ki, lombardların lisenziyası əsasında fəaliyyət göstərməsi məqsədəuyğundur və eyni zamanda, təbii elektron qeydiyyat sistemi və nəzarətin gücləndirilməsinə ehtiyac var.

Çünki qanunvericiliyin təkmilləşməsi kontekstində həm də nəzarətin gücləndirilməsinə ehtiyac var ki, vətəndaşlarımızın hüquqları pozulmasın. Çünki lombard xidmətindən istifadə edən vətəndaşlarımızın sayı kifayət qədər çoxdur. Bu kontekstdən bu istiqamətdə təkmilləşdirmələr vətəndaşlarımızın hüquqlarının qorunması baxımından vacib hesab olunur”.BAKU.WS


MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=144627