Azərbaycanda məktəb direktoru faciəli şəkildə öldü

image-photo_156093backend

Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Busaat.az-a verilən məlumata görə, rayonun Qum kəndi ərazisində Məhəmməd Xəlilovun idarə etdiyi  “Mercedes-Benz” və Təbriz Məmmədovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub.

Nəticədə “Mercedes-Benz”də olan sərnişinlərdən rayon sakini Dilafət Xəlilova aldığı xəsarətlərdən xəstəxanada ölüb, bacısı İradə Əliyeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Mməlumata görə, ölən şəxs Lələli kənd tam orta məktəbinin direktorudur.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90