Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

image-milli-dircelissbackend

Bu gün – 17 Noyabr Azərbaycanda Milli Dirçəliş günüdür.

Busaat.az xəbər verir ki, Milli Dirçəliş Günü 1988-ci il Noyabr-Dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır.

1988-ci ilin 17 Noyabr tarixində Bakının əsas meydanı hesab edilən “Azadlıq” meydanında (keçmiş Lenin meydanı) Azərbaycan xalqı tərəfindən uzunmüddətli mitinqlər başlayıb. Çox sayda Azərbaycan vətəndaşı meydana toplaşaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxıb. SSRİ daxili qoşunları Dekabrın əvvəllərində mitinqləri dağıtsa da, Moskva Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını ala bilməyib.

1990-cı il 17 Noyabr tarixində Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibində ilk sessiya keçirilib. Ümumilli lider Heydər Əliyevin başçılığı altında keçirilən sessiyada muxtar respublikanın dövlət rəmzləri haqında məsələ də müzakirə edilib. Azərbaycan Xalq Cumhuriyyətinin üçrəngli bayrağının bərpası barədə qərar verən sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə bağlı Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırıb. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan yolun başlanğıcı qoyulub.

Milli Dirçəliş Günü 17 Noyabr 1992-ci ildə elan olunub və hər il qeyd edilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90