Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Bitcoin81 373 $▲0.09%
  • Ethereum2 401 $▲0.61%
  • Qızıl4 006 $▼0.59%
  • Gümüş53.90 $▼0.11%
  • Brent neft111.41 $▼1.91%
  • WTI neft103.21 $▲3.22%
  • Təbii qaz3.049 $▲11.44%
  • S&P 5007 624▼0.52%
17°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
Gündəm

Azərbaycanda mühüm Qanun təsdiqləndi: Bunu edənlər həbs ediləcək

image-qanun

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunu təsdiqləyib.

Busaat.az xəbər verir ki, qanuna əsasən, aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışını həyata keçirənlərə qarşı on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Qanuna görə, mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Qeyd edək ki, avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərdir.oxu24.com

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul