Məzmuna keç
  • Azeri Light126.00 $▲3.04%
  • Brent neft113.43 $▲1.21%
  • WTI neft104.12 $▲0.92%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.898 $▲0.03%
  • Qızıl3 899 $▼2.62%
  • Gümüş49.28 $▼4.01%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.50 ¢▼0.54%
  • Bitcoin77 297 $▲0.15%
  • Ethereum2 246 $▲0.21%
  • S&P 5007 580▼1.83%
18°Bakı
  • USD1.6995▲0.0001
  • EUR1.9001▲0.0069
  • 100 RUB2.1111▲0.0018
  • GBP2.2757▲0.0118
  • TRY0.0340▼0.0001
  • AED0.4628▲0.0001
  • CNY0.2548▲0.0003
  • GEL0.6544▼0.0006
  • 100 KZT0.3743▲0.0001
  • UAH0.0374▲0.0001
  • 100 JPY1.0790▲0.0031
  • CHF2.0626▲0.0111
  • USD1.6995▲0.0001
  • EUR1.9001▲0.0069
  • 100 RUB2.1111▲0.0018
  • GBP2.2757▲0.0118
  • TRY0.0340▼0.0001
  • AED0.4628▲0.0001
  • CNY0.2548▲0.0003
  • GEL0.6544▼0.0006
  • 100 KZT0.3743▲0.0001
  • UAH0.0374▲0.0001
  • 100 JPY1.0790▲0.0031
  • CHF2.0626▲0.0111
İqtisadiyyat

Azərbaycanda nə baş verir? - Banklar dollar almır...

image-dollar55
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Mart ayının üçdə biri arxada qalsa da, Mərkəzi Bank tərəfindən valyuta hərracı keçirilməyib.

Busaat.az Yeniavaz.com-a istinadən xəbər verir ki, əvvəlki illərdə Azərbaycanda belə bir hal qeydə alınmayıb.

Məlumat üçün bildirək ki, ötən il mart ayının ilk 12 günü ərzində Mərkəzi Bank 3 dəfə valyuta hərracı keçirib və bu hərraclarda ümumilikdə 227,4 milyon dollar dəyərində valyuta satılıb.

Bundan başqa, 2023-cü ilin mart ayının 12-nə kimi də 3 hərrac keçirilib və banklar 114,1 milyon dollar satın alıblar. 2022-ci ildə bu göstəricilər müvafiq olaraq 4 hərrac və 196,9 milyon dollar, 2021-ci ildə isə yenə 4 hərrac və 207,4 milyon dollar olub.

Mərkəzi Bankın mart ayında hansı səbəbdən dollar satmadığı və bankların hansı səbəbdən dollar almadığı barədə məlumat verilməyib.

Qeyd edək ki, ölkədə dollara tələbin azalmasının müxtəlif səbəbləri ola bilər. Bunlardan biri idxalın həcminin azalmasıdır. Dövlət Gömrük Komitəsinin idxal göstəriciləri ilə bağlı sonuncu məlumatı bu ilin yanvar ayına aiddir. Yanvar ayında isə idxalda əvvəlki ilin eyni dövrü ilə müqayisədə azalma yox, əksinə, artım olub.

Dollara tələbin azalmasının başqa bir səbəbi odur ki, insanların ya dollar alacaq qədər vəsaiti yoxdur, ya da onlar əllərindəki vəsaiti milli valyutada saxlamağa üstünlük verirlər.

Səbəblərdən biri də bu ola bilər ki, bankların dollar tələbi olsa da, Mərkəzi Bank dollar satmaq istəmir. Mərkəzi Bank adətən ölkədə devalvasiya və inflyasiya gözləntiləri olduğu zaman daha çox valyuta satmağa çalışır.

Cədvəldə son iki ilin eyni dövrlərində satılan valyutanın həcmi göstərilib:

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=160565