Azərbaycanda polis şöbəsində DƏHŞƏTLİ ANLAR – ÖLƏN VAR

image-1638169728_1621593446_14-35-21-1611304353_polisbackend

Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) Dövlət Yol Polisi Şöbəsində ölüm hadisəsi baş verib.

Busaat.az  xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev bildirib.

Qeyd edib ki, bu gün saat 16:00 radələrində 66 yaşlı Şakir Rzayev öz müraciəti ilə əlaqədar Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsində qəbulda olarkən binanın dəhlizində halı pisləşib, həmin vaxt orada olan vətəndaşların yanında vəfat edib.

“Mərhumun oğlu bildirib ki, atası 2 dəfə ürək əməliyyatı keçirib və ürək damarlarının cəmi 25 faizi fəaliyyət göstərirmiş”, – N.Piriyev vurğulayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki