Azərbaycanda Prezident seçkilərində MDB missiyasına kimin rəhbərlik edəcəyi məlum oldu

image-mdb2backend

Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində MDB-dən müşahidəçilər missiyasına qurumun Baş katib Sergey Lebedev rəhbərlik edəcək.

Busaat.az xəbər verir ki, onun namizədliyi MDB ölkələrinin Birliyin nizamnamə və digər orqanlarındakı Daimi Səlahiyyətli Nümayəndələr Şurasının qərarı ilə təsdiq edilib.

Bildirilib ki, MDB müşahidə missiyası Azərbaycan hökumətinin dəvəti ilə seçki prosesini izləyəcək. MDB İcraiyyə Komitəsi Birlik ölkələrinə öz nümayəndələrinin müşahidə missiyasına namizədliyini irəli sürmək xahişi ilə dəvət göndərib.

Qeyd edək ki, bu il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək./Report

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki