Azərbaycandan köçən gənclərin sayı kəskin artıb – Hansı ölkələrə üz tuturlar?

image-f3fd89abbf6086c1baedff5cb1ff40eeseyahett-jpgbackend

Ötən il daimi yaşamaq üçün başqa ölkələrə 15-29 yaşlarında olan 685 nəfər Azərbaycan vətəndaşı köçüb.

Xaricə köçən azərbaycanlı gənclərin 166 nəfəri kişi, 519 nəfəri isə qadın olub.
Müqayisə üçün qeyd edək ki, 2022-ci illə müqayisədə ötən il daimi yaşamaq üçün ölkəni tərk edən gənclərin sayı 2,3 dəfə artıb. Belə ki, 2022-ci ildə daimi yaşamaq üçün başqa ölkələrə üz tutan gənclərin sayı 295 nəfər olub və bunların 106-sı kişi, 189-u qadın olub.
Məlumat üçün bildirək ki, ötən il azərbaycanlı gənclər daimi yaşamaq üçün ən çox Rusiyaya köçüblər. İl ərzində Rusiyaya 229 gənc köçüb və onların 77-si kişi, 152-si qadın olub. İkinci sırada Türkiyə qərarlaşıb. Türkiyəyə üz tutan azərbaycanlı gənclərin sayı 203 nəfər olub və onlardan 35-i kişi, 168-i qadın olub.
Qeyd edək ki, ölkədən köçən azərbaycanlılar əsasən aşağıdakı ölkələrə üz tutublar:
Rusiya – 229 nəfər (77 kişi, 152 qadın);
Türkiyə – 203 nəfər (35 kişi, 168 qadın);
Almaniya – 53 nəfər (8 kişi, 45 qadın);
ABŞ – 44 nəfər (0 kişi, 44 qadın);
Gürcüstan – 31 nəfər (12 kişi, 19 qadın);
Kanada – 25 nəfər (2 kişi, 23 qadın);
İsrail – 16 nəfər (2 kişi, 14 qadın);
Özbəkistan – 12 nəfər (12 kişi, 0 qadın);
Türkmənistan – 7 nəfər (7 kişi, 0 qadın);
Qazaxıstan – 7 nəfər (7 kişi, 0 qadın);
Qırğızıstan – 1 nəfər (1 kişi, 0 qadın);
Moldova – 1 nəfər (1 kişi, 0 qadın).
Mənbə: Yeniavaz.com
Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki