Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Baş Prokuror Kamran Əliyev Gəncədə hadisə baş verən əraziyə gəlib.
Busaat.az xəbər verir ki, dövlət rəsmiləri yararsız hala düşən binaya baxış keçirib, xarici media qrumlarının suallarını cavablandırıb.
Qeyd edək ki, Gəncə şəhər Prokurorluğunda media üçün mətbuat konfransı keçiriləcək.