Biznes, İnvestisiya və Xeyriyyəçilik İqlim Platforması çərçivəsində müzakirələr aparılıb

image-img_7767backend

COP29 çərçivəsində Biznes, İnvestisiya və Xeyriyyəçilik İqlim Platformasında iqlim dəyişikliyi ilə mübarizədə effektiv maliyyə həlləri və biznes strategiyaları müzakirə olunub.

Busaat.az AZƏRTAC-a istinadla xəbər verir ki, COP29 çərçivəsində COP29 Sədrliyi, COP29-un İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı, həmçinin beynəlxalq qurumlarla tərəfdaşlıq əsasında Biznes, İnvestisiya və Xeyriyyəçilik İqlim Platforması təşkil olunub. Tədbirə 71 ölkədən 1000-dən çox qeydiyyatdan keçmiş iştirakçı qatılıb.

Tədbirdə ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev və iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli çıxış ediblər. İqtisadi artımın, iqlim dayanıqlığının gücləndirilməsi üçün qlobal təşəbbüslərin təşviqi və ölkəmizin bu prosesdəki rolu qeyd edilib. Dövlət və özəl sektor, özəl sektorla xeyriyyə təşkilatları arasında tərəfdaşlığın gücləndirilməsi sayəsində karbohidrogen resurslarından əldə olunan gəlirlərin iqlim fəaliyyətinə yönləndirilməsi və ölkə iqtisadiyyatının karbonsuzlaşmasına xidmət edən yaşıl enerji layihələri haqqında müzakirə aparılıb.

Tədbirdə tərəfdaş qurumlar Paris İqlim Sazişinin hədəflərinə çatmaq məqsədilə inkişaf etməkdə olan ölkələrdə iqlimə dair maliyyə və sərmayə strategiyaları barədə fikir mübadiləsi aparıb. Həmçinin, iqlimə dayanıqlı həllərə kapital cəlbi və sənaye sahələrinin karbonsuzlaşmasını sürətləndirmək üçün əsas mexanizmlər diqqət mərkəzində olub.

Tədbir çərçivəsində 9 sessiya təşkil olunub. Sessiyalarda innovativ maliyyə həlləri, karbonsuzlaşma, inkişaf etməkdə olan ölkələr üçün maliyyə axınlarının təşviqi, beynəlxalq şirkətlərin dayanıqlı inkişaf öhdəlikləri, əhatəli iqlim fəaliyyətini sürətləndirən dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi və Dayanıqlı İnkişaf Məqsədlərini dəstəkləyən yeni tərəfdaşlıqlar müzakirə edilib.

image-img_7766 image-img_7765 image-img_7764

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki