Azərbaycanın qədim milli idman növü

image-media-jale-149tl8a6yqk5nx0ruzwh-620x326backend

Azərbaycanın qədim milli idman növü Çövkən Beynəlxalq Federasiyasının yaradılması Azərbaycan idmanı üçün çox doğru bir addım və tarixi bir hadisə oldu. Səmimi desəm, bu beynəlxalq federasiya indi yox 30 il əvvəl yaradılmalı idi. Çünki görünən odur ki, ötən illər ərzində milli idman növümüz Çövkən barədə ciddi düşünülməyib. Biz sanki Çövkəni polo adı ilə yadellilərə vermişdik.

Çövkən idmanı ilə bağlı ilk və ən böyük uğurumuz 2013-cü ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Çövkən – Azərbaycanın ənənəvi Qarabağ atüstü oyunu”nun YUNESKO tərəfindən təcili qorunmağa ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi olmuşdur. Şükürlər olsun ki, beynəlxalq səviyyədə Çövkən idman növünün Azərbaycana məxsusluğunu ifadə edəcək ciddi bir addım atılıb. Dövlət başçımız cənab İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın bu sahədə diqqət və qayğısını xüsusi qeyd etmək istəyirəm.

Düşünürəm ki, Gənclər və İdman Nazirliyi milli idman növlərinin inkişafında çox maraqlıdır. Bu mənada Azərbaycan Gənclər və İdman Nazirliyinə sözün həqiqi mənasında böyük alqış düşür. Təbii ki, bu işdə Azərbaycan Milli Olimpiya Komitəsinin və Azərbaycan Respublikası Atçılıq Federasiyasının dəstəyi danılmazdır.
Mən, həm millət vəkili olaraq, həm də milli idman növü üzrə ilk Beynəlxaq təşkilat olan Dünya Alpaqut Federasiyasının prezidenti olaraq Beynəlxalq Çövkən Federasiyasına uğurlar arzulayıram. Biz, dövlətimizi dünya idman arenasında layiqincə təmsil edəcək milli idman növlərimizin inkişafına dəstək verməyə hər zaman hazırıq.

Jalə Əhmədova
Millət vəkili

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki