Xəbər verdiyimiz kimi, Azərbaycan, Rusiya və Ermənistan Xarici İşlər nazirləri arasında 11 saat ərzində davam edən danışıqlar nəticəsində 4 bənddən ibarət bəyanat qəbul edilib.
Busaat.az xəbər verir ki, 11 saat ərzində davamlı olaraq danışıqların aparılması prosesin mürəkkəb olduğunu və gərgin bir şəraitdə aparıldığını göstərir. Qəbul edilmiş bəyanatın birinci bəndinə əsasən, bu gün saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur.
Ancaq görünən o oldu ki, Ermənistan tərəfi atəşkəsin şərtlərinə əməl etmədi. Düşmən qüvvələri bu saatdan sonra Azərbaycanın şəhərlərini hədəfə almaqda davam edib.