Azərbaycanla ÜST arasında əməkdaşlıq məsələləri müzakirə olunub

image-ustbackend

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkəmizdəki rəhbəri Hande Harmancını qəbul edib.

Busaat.az xəbər verir ki, tərəflər ÜST və Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri, eləcə də, hazırda davam edən COVID-19 pandemiyasına qarşı mübarizədə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Nazir ölkəmizin ÜST ilə əməkdaşlığa yüksək önəm verdiyini qeyd edib və ötən ilin əməkdaşlığımız üçün ciddi çağırış ili olduğunu bildirib. Ölkəmizin, həmçinin dünyada peyvəndlərin bərabər və ədalətli bölgüsünü dəstəklədiyi və bu xüsusda, səsimizin beynəlxalq müstəvidə ucaldıldığı vurğulanıb.

Hande Harmancı ÜST-nin Azərbaycanda həyata keçirdiyi layihələr, o cümlədən Azərbaycanın 12 rayonunda regional təlim mərkəzlərinin fəaliyyət göstərməsi, BMT-nin Vahid Təcili Yardım Fondunun dəstəyilə Azərbaycanın münaqişədən zərər çəkmiş 5 rayonunda həyata keçirilən mobil təlim xidmətləri, köməkçi texnologiyalara ehtiyacı olan insanlarla iş, təcili yardım sistemlərinin gücləndirilməsi və digər istiqamətlərdə görülən işlər barədə məlumat təqdim edib. O, ÜST-nin regional direktorunun yaxın zamanlarda bölgəyə səfərinin nəzərdə tutulduğu barədə məlumat verib.

 


Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90